REFERANS

Müştərilər haqqımızda nə düşünürlər?

Ülviyyə Cabbarova

Baş İcraçı Direktor

Sahil Plaza (1260 m2) və Port Baku-da (124.5 m2) yerləşən Paşa Sığorta Ofisi ilə bağlı Konsept Dizaynının, Memarlıq və MEP Dizayn Xidmətlərinin tamamlanmasında “FArchitects” MMC tərəfindən göstərilən üstün xidmətlərə görə məmnunluğumu və minnətdarlığımı bildirmək istəyirəm. Onların yaradıcılığı, peşəkarlığı və müstəsna nəticələr əldə etməyə olan bağlılıqları, onları unikal və düzgün idarə edilən dizayn xidmətləri axtaran istənilən müştəri üçün əvəzolunmaz tərəfdaşa çevirir..

Azər Məmmədov

Baş Direktor

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt şəhərindəki struktur bölməsinin yenilənmiş və müasir tələblərə cavab verən ofis binasının dizaynı və layihələndirilməsində göstərdiyiniz təmənnasız xidmətlərə, ölkəmizin enerji təminatında əhəmiyyətli rolu olan “Azəriqaz” İstehsalat Birliyinin müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq missiyasına və davamlı inkişafına verdiyiniz dəstəyə görə İstehsalat Birliyi adından “Farchitects” MMC-yə dərin təşəkkürümüzü bildiririk..

Farah Hüseynli

Qrup Satınalma Direktoru

Şirkət qənaətbəxş xidmətlər göstərmiş, mebel və dekorasiyaları vaxtında çatdırmışdır. Qiymətləri çox münasib idi və onlardan istədiklərimizi həmişə vaxtında yerinə yetirdilər. Çox peşəkar və çalışqan heyət..

Reha Cayli

Layihə Direktoru

Bacarıqlı və effektiv Dizayn və Məsləhətləşmə xidmətlərinə ehtiyacınız olduğu halda, gələcəkdəki layihələr üçün FArchitects MMC-ni tövsiyə etməkdən məmnunluq duyarıq; Onların detallara göstərdikləri diqqət işin sonunu tam və təsirli etdi..

Azad Bağırlı

“AS İnşaat”ın Baş Direktoru

Şirkətin keyfiyyətə yanaşması və sadiqliyi layihələrin icrası zamanı nümayiş etdirilmişdir. “Farchitects” MMC təkcə planlaşdırma deyil, həm də dizayn və quraşdırma xidmətləri göstərdi..

N.Məmmədzadə

Layihə Direktoru

2020-ci ildən "Farchitects" MMC ilə əməkdaşlıq edirik. "Farchitects" MMC SR Construction Co MMC-nin layihələrində Təmir işlərini uğurla həyata keçirir. Şirkət tərəfindən təklif olunan xidmət və işlərin keyfiyyətindən məmnun olduğumuzu bildiririk..

Cümşüd Məhərrəmov

"Ultratek" MMC-nin Direktoru

Şirkət yüksək keyfiyyətli xidmətlər təklif edir və deyə bilərik ki, biz onların işindən həmişə razıyıq. Yüksək təcrübələri ilə layihələri vaxtında və keyfiyyətlə başa çatdırmaqda bizə kömək edirlər..

Babək İbrahimov

"Hayat Group" MMC-nin Direktoru

Farchitects komandasının təcrübəsi və bacarıqları komandamıza Amburan Mall-Le Parule Restoranının Pasha Mall Qrupu ilə Memarlıq-MEP paket çertyojlarının və təsdiq prosesinin vaxtında tamamlanmasına – tam effektiv Layihə İdarəetmə prosesinə rəhbərlik etməkdə çox dəyərli olmuşdur. Fikrimizcə, layihənin vaxtında həyata keçirilməsini təmin edən şirkətin biliyi və rəhbərliyi idi..

Vahid Hacıyev

"Agro Dairy MMC" -nin Direktoru

Yaxın zamanda "Farchitects MMC", "Agro Sərgi 2022"-də tədqim edilən ən yaxşı stend dizaynı üçün trendin qalibi olmuşdur.Mən şirkətin xidmətlərini şiddətlə tövsiyyə edirəm və şirkətlə yenidən işləməyi səbirsizliklə gözləyirəm..

Ali Ertan Gürleyen

Baş Menecer

"Farchitects" komandası "CDP - City Tower" layihəsinin tamamlanmasında ardıcıl olaraq diqqətəlayiq performans nümayiş etdirmişdir.Memarlıq və MEP Xidmətləri üçün, istedadlı və uğurlu komandaya ehtiyacınız olduğu halda, qarşıdan gələn layihələr üçün "Farchitects MMC"-ni tövsiyyə edirik..

Vüsal Məmmədov

Direktor

“Farchitects” MMC-nin komandası Port Baku Tower 2, 5-ci mərtəbədə yerləşən və 1652 m2 sahəsi olan “Freedom Finance” Bakı Ofisinin tamamlanmasında iştirak edərkən ardıcıl olaraq müstəsna performans sərgiləmiş, Memarlıq & MEP Xidmətləri ilə bağlı işlərdə hərtərəfli məsuliyyəti öz üzərinə götürmüşdür. Onların diqqətli yanaşması son nəticənin unikal və möhtəşəm olmasına kömək etdi..